EU3 – EU4 Kaset Filtrləri

Ventilyasiya və kondisioner sistemlərində ilkin (qaba) filtr kimi istifadə olunur. Onlar yuyula və dəyişdirilə bilər.  Düz və ya ziqzaq formasında istehsal olunur.

Metal filtr EU2 yağ ayırıcısı

Metal məftilli filtrlər yağ və boya kimi böyük hissəcikləri süzür və maksimum filtrasiya səmərəliliyini təmin edir. Maksimum səmərəlilik sıx məsaməli quruluşları sayəsində əldə edilir. 

Bu filterlər sizin xüsusi  spesifikasiyalarınıza uyğun olaraq paslanmayan poladdan istehsal edilə bilər.

Torba Filtrləri F7-F8-F9

Maksimum filtrasiya təmin edir və uzun müddət xidmət göstərir. Onlar kondisioner sistemlərində qaba filtrlər kimi istifadə olunur.

HEPA filter

Bu növ filterlər xəstəxanalar, tibb, əczaçılıq, qida, mikrobioloji və kimya sənayesi kimi gigiyena və yüksək həssaslıq və stabilliyin tələb olunduğu laboratoriyalarda, ölçmə və kalibrləmə mərkəzlərində istifadə olunur. 

Karbon (kömür) filter

Karbon filtrləri qoxuları və qazları süzmək üçün istifadə olunur. Son zamanlar restoranlarda geniş istifadə olunsa da, zərərli emissiyaları olan sənaye müəssisələrində qazları süzmək üçün də istifadə olunur. 

Keçə filter

Keçə (voylocniy) filterlər 400, 500, 525, 550 və 600 q/m² sıxlıqlarda mövcuddur. 100% polyesterdən hazırlanmış filtr torbasının teksturalı daxili hissəsi var, cırılmağa və uzanmağa davamlıdır. Məsaməli quruluşu ilə keçə filtrləri havadakı hissəcikləri tutur və hava filtrasiyasını təmin edir.

VV modul filter

Digər filtr növlərindən fərqli olaraq, daha çox səthi sahəsi nəticəsində daha sürətli hava axınında istifadəsi mümkündür. Xüsusi dizaynı yüksək hissəcik saxlama qabiliyyətini qoruyur.

Elektrostatik filter

Havadakı qoxuları, his, tüstü, yağ və toz kimi hissəcikləri təmizləyir. Müəssisələr və restoranlar tərəfindən yayılan çirkli, qoxulu və yağlı havanı təmizləyir.