
Kombi, esenjör və istilik sistemlərini ərpdən (mineral çöküntülərdən) təmizləmək üçün istifadə olunur.

Donmadan qoruma vasitəsi (antifriz). Məhsul alüminium da daxil olmaqla bütün metallara uyğundur
Günəş enerjisi sistemləri üçün toksik olmayan korroziya inhibitorlu maye. Sistemdə mövcud olan bütün materiallara uyğundur.
İstilik sistemlərində yüngül sızmaların qarşısını almaq üçün istifadə olunur.
Sistemdə olan çöküntü və tıxacları həll edir.
İtaliya istehsalı olan bu cihaz qazanlarda, paltaryuyan maşınlarda və qabyuyan maşınlarda ərp, karbonat çöküntüləri və korroziyanın qarşısını effektiv şəkildə alır.

R-134a soyuducu qazı (freon) əsasən avtomobil kondisionerlərində, məişət soyuducularında, kommersiya və sənaye soyuducu sistemlərdə istifadə olunur.

R-407C soyuducu, R — 22 freonuna əsas alternativ olaraq istifadə edilən ekoloji cəhətdən təmiz qazdır. Məişət və istilik nasoslarında, eləcə də kommersiya soyutma sistemlərində geniş istifadə olunur.

Freon R410a, müasir kondisioner sistemlərində və yüksək təzyiqli istilik nasoslarında istifadə olunan ozon təbəqəsi üçün təhlükəsiz qazdır. Məişət split sistemlərində, kommersiya kondisionerlərində geniş istifadə olunur,